Aİ səlahiyyətlilərinin səhv hərəkətləri səbəbindən macarlar Avropada uzun sürən müharibəyə hazırlaşmalıdırlar.
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban könüllülərin andiçmə mərasimində deyib.
O, "diz çökmüş iqtisadiyyat" və Avropa üçün "uzun sürən müharibə" proqnozlaşdıraraq, Macarıstanın sülhü təmin edə biləcək bir orduya ehtiyacı olduğunu söyləyib.
"Biz reallıqla üzləşməliyik. Belə davam edərsə, sanksiyalar Avropanı silkələyəcək, qitənin iqtisadiyyatı diz çökəcək, insanlar təhlükə altında ola bilər və belə görünür ki, biz uzun sürən müharibəyə hazırlaşmalıyıq".
Orbanın sözlərinə görə, Rusiya Federasiyasına sanksiya təzyiqini azaltmaqla və Vladimir Zelenski ilə Vladimir Putin arasında sülh danışıqları aparmaqla Avropada genişmiqyaslı müharibənin qarşısını almaq olar.
Gülayə Mecid