Rusiya vətəndaşı Norveçin Tromso hava limanında pilotsuz uçuş aparatı və Norveç silahlı qüvvələrinə məxsus helikopterin şəkli ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, rusiyalının üzərində çoxlu sayda foto avadanlığı, o cümlədən 2 ədəd PUA, həmçinin Kirkenes hava limanının təsvirləri olan bir neçə yaddaş kartı olub. Hadisəyə təhlükəsizlik polisi cəlb olunub.
Saxlanılan şəxs 4 həftəlik nəzarətə alınıb. O, bunu şəxsi maraqları üçün etdiyini bildirib.
Ağarza Elçinoğlu