Belqorod vilayətində poliqonda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub, 15 nəfər yaralanıb. Qərb Hərbi Dairəsinin poliqonunda olan iki terrorçu cavab atəşi ilə məhv edilib, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Gülayə Mecid
***22:49
Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə atışma olub.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, atışma nəticəsində ölənlər və yaralılar var.
Hadisəni naməlum şəxslərin törətdiyi deyilir. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.
Ağarza Elçinoğlu