Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı tviterdə yazıb.
"Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm", - A.Mirzoyan qeyd edib.
Qeyd edək ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.