İran Ermənistanda avtomobil istehsalına başlayır.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Alireza Payman Pak bildirib.
Onun sözlərinə görə, Ermənistanda 100 faiz İran istehsalı olan avtomobillərin istehsalı ilə bağlı ilkin razılıq əldə olunub və bunun əsasında proqram hazırlanacaq.
Payman deyib ki, İranın aparıcı avtomobil istehsalçısı və erməni investor avtomobil istehsalı xəttini birgə müəssisə kimi işə salmağa hazır olduqlarını açıqlayıblar.
Ağarza Elçinoğlu