Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısında iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Toplantıda TDT-nin gündəmində olan məsələlərlə yanaşı, 11 noyabrda Səmərqənddə keçirilməsi nəzərdə tutulan Zirvə görüşü ilə bağlı hazırlıqlar müzakirə ediləcək.
Toplantıda TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr – Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.