Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Martin Qriffits taxıl sazişi üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qriffitsin Rusiyadakı bütün görüşlərinin qapalı olacağı və proqramın dəqiqləşdirildiyi bildirilir.
BMT baş katibinin müavininin Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyində, o cümlədən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə görüşü planlaşdırılır.
Bundan əvvəl xəbər verilmişdi ki, Martin Qriffits və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan taxıl sazişi üzrə danışıqlar aparmaq üçün oktyabrın 16-da Rusiyaya səfər etməyi planlaşdırırlar.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, Ukrayna onun müddətinin uzadılmasında maraqlıdır.
Ramil Zeynallı