Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək .
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb .
Kreml sözçünün qeyd etdiyi kimi, görüş “həftəlik tədbir” olacaq. “Söhbət həftəlik operativ görüşdən gedir”, – Peskov bildirib.
Təhlükəsizlik Şurasının dövlət başçısının iştirakı ilə əvvəlki iclası bazar ertəsi, oktyabrın 10-da baş tutub . Putin bununla bağlı bildirib ki, Rusiya dəqiq idarə olunan silahlarla Ukrayna hədəflərinə irimiqyaslı zərbələr endirib .
O, həmçinin Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqudan zərbələrin nəticələri ilə bağlı Təhlükəsizlik Şurasının iclasına məruzə etməyi xahiş edib.