Serbiya Respublikasının Ukraynadakı səfirliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq bağlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar diplomatik nümayəndəliyin saytında dərc olunub.
Səfirlik qeyd edir ki, heyət onların Ukraynaya qayıtması üçün şərait yaranana qədər Belqraddan işləyəcək.