“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün addımlar atır”.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq. İlk növbədə, etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq”, - deyə Sallivan qeyd edib.