“Türk axını” qaz kəmərinin genişləndirilməsi potensialı əhəmiyyətlidir.
"Unikal" xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller deyib.
"Biz Şimal axınında beynəlxalq terror aktları nəticəsində itirdiyimiz bütün azalan həcmlərdən danışırıq, ona görə də bunlar əhəmiyyətli həcmlər ola bilər"- Miller bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Şimal axını” ilə itirilmiş tranzit həcmini Qara dəniz regionuna yönəltmək üçün Türkiyədə qaz qovşağı yaradılmasını təklif edib.
Gültəkin