Parisdə qiymət artımına qarşı etiraz aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, mitinqi Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” və Sosialist Partiyası təşkil edib.
Mətbuatda yayılan məlumatlara görə, aksiyaya təxribatçılar da qoşulub. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə investisiya qoyulmasını tələb edirlər.
"Le Figaro"nun məlumatına görə, nümayişçilərin hesablamalarına görə, mitinqə 140 min, polisin məlumatına görə 30 min adam