İspaniyanın Tarraqona şəhərində restoranda baş verən partlayış nəticəsində 2-si ağır olmaqla ümumilikdə 7 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, İspaniyanın Tarraqona şəhərindəki yapon restoranında naməlum səbəblərdən partlayış baş verib. Partlayışın yerli vaxtla saat 16.00-da restoranın bağlandığı vaxt baş verdiyi, 2-si ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.

Tarraqona meri Pau Rikoma verdiyi açıqlamada yaralananlar arasında yoldan keçən iki nəfərin də olduğunu bildirib: "Partlayışın nədən baş verdiyi bəlli deyil".
Yaralılar müalicə üçün xəstəxanaya aparılarkən, polis partlayışla əlaqədar araşdırma başlayıb.

Gültəkin