Amerika rəsmiləri və müttəfiq təhlükəsizlik agentliklərinin bildirdiyinə görə, İran Rusiyaya iki növ ballistik raket və çox sayda pilotsuz uçuş aparatları (PUA) göndərib.
"Unikal" xəbər verir ki, bu barədə "Washington Post"un dərc etdiyi məlumata görə, Rusiya Ukraynada Qərbin müdaxiləsindən sonra 6 min ağır hərbi texnikasını itirib.
Ötən həftələrdə Ukrayna Hərbi Hava Qüvvələri İran istehsalı "Şahid 136" pilotsuz təyyarələrinin şəkillərini dərc edib. Qeyd edək ki, İranın hələ də bu məlumatı təkzib edir.
Pentaqon və Kiyev rəsmiləri isə Rusiyanın "Şahid 136" zərbə PUA-larından istifadə etdiyini təsdiqləyib.
Bundan əlavə, İranın "Fateh-110" və Zülfiqar" ballistik raketlərini də Rusiyaya ötürdüyü qeyd olunub. Bu raketlər müvafiq olaraq 300 km və 700 km uçuş məsafəsinə malikdir.
Ağarza Elçinoğlu