Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri başlayıb.
"Unikal"ın məlumatına görə, qonaqlar səfər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak edəcək, eləcə də şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olacaqlar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan 2 il keçir. Məhz bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.