Rusiya və Ukrayna arasında yeni hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin məlumat verib.
Puşilinin sözlərinə görə, Kiyev Moskvaya 80 mülki dənizçi verib. Bundan əlavə, DXR, Luqansk Xalq Respublikası (LXR) və Rusiyanın regionlarından 30 hərbçi də azad edilib.
Rusiya da Ukraynaya eyni sayda - 110 hərbi əsir qaytarıb.
Ağarza Elçinoğlu