“Eurowings” Hava Yolları şirkətinin Almaniyada 170-dən çox reysi ləğv etməsi 10 mindən çox sərnişinə təsir edib.
"Unikal" xəbər verir ki, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra pilotlar bu gün saat 00.00-dan üç günlük tətilə başlayıblar. Onlar iş vaxtından artıq işlədikləri üçün daha çox istirahət müddəti tələb edirlər.
Gündə orta hesabla 500-ə yaxın uçuş həyata keçirən və 50-70 min sərnişini Almaniya və Avropadakı təyinat yerlərinə çatdıran şirkətdə pilotların tətili ən çox Almaniyadakı uçuşlara təsir edib.
Düsseldorfdan 102-dən çox, Ştutqartdan 40 və Köln-Bonn hava limanından 43 reys ləğv edilib.
Pilotların oktyabrın 6-da baş tutan tətilinə görə 250-dən çox aviareys ləğv edilib. Bu, ümumilikdə 30 mindən çox sərnişinə təsir edib.
İsveçrədə “Eurowings” hava yollarında çalışan pilotların iş şəraitinin yaxşılaşdırılması üçün başlatdıqları tətil bir çox uçuşun ləğvinə səbəb olub.
Almaniya hava yolu şirkəti “Lufthansa”nın törəmə şirkəti olan “Eurowings”də çalışan pilotlar illik məzuniyyətlərinə 14 gün əlavə edilməsi tələbi ilə bu gündən etibarən 3 günlük tətilə başlayıblar.