Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.
"Unikal" xəbər verir ki, məlumatda 2022-ci il oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsinin Yeysk şəhərində qəzaya uğradığı bildirilib.
“Katapult edən pilotların məruzələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb”, - deyə məlumatda qeyd olunub.
Gültəkin