Gecə saatlarında rus qoşunları Nikolayevə raket zərbəsi endirib, bir nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
"Nikolayev gecə saatlarında yenidən S-300 raketləri ilə atəşə tutulub. İki mərtəbəli bina vurulub. Dağıntılar altından kişi cəsədi tapılıb, axtarış-xilasetmə əməliyyatları davam edir", - Kim deyib.
Seymur Əli