"Müharibə zamanı baş nazirin arvadının komandanlıq məntəqələrində (bunkerlərdə), səngərlərdə, hərbi hissələrdə, poliqonlarda, generallarla, çavuşlarla, sıravilərlə eyni yerlərdə nə işi var idi? İki ildir ki, Ermənistanda və Ermənistandan kənarda müxtəlif insanlar öz intellektləri, dəyər sistemi və mənəvi qavrayışları çərçivəsində bu mövzularda mənə işgəncələr verir, ən rəzil etiketlərlə aşağılayırlar".
"Unikal" "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan sosial şəbəkə hesabında yazıb.
"Düzünü desəm bilmirəm, hansı üstünlükdür: sən öləndən sonra heyvanlar cansız bədənini yeyib-bitirir, yoxsa soydaşların bütün ruhunu parçalayıb adını ləkələyir. Baş nazirin arvadının müharibə zamanı görüşü, geyimi, hərəkətləri ilə bağlı protokol varmı? Ola bilsin ki, mövcuddur və bəlkə də həmin protokola görə, baş nazirin xanımı sırf arxa ofis işləri ilə məhdudlaşmalıdır. Məntiqlidir. Kəndlərimizdə yaşayan nənələrin çaşqınlığını hələ də başa düşmək olar: ay bala, düz deyirlər, qadın əsgərlərlə bir otaqda olarmı? Amma iki ildir ki, mənə qarşı bu çirkin kampaniyanı maneəsiz həyata keçirmək üçün əlverişli şərait yaradan geniş ümumerməni vətənpərvərlik mövqeyini başa düşə bilmirəm", - deyə o bildirib.
Gülayə Mecid