Aİ-dən Ukraynaya 2 milyard avroluq makromaliyyə yardımı gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal məlumat paylaşıb.
"Bu gün dövlətimiz Ukraynanın iqtisadi sabitliyini dəstəkləmək məqsədi ilə Avropa İttifaqından növbəti yardım alıb. Əlavə maliyyə resursu təcili büdcə xərclərinin, xüsusən də sosial və humanitar sahələrin ödənilməsinə kömək edəcək", - deyə məlumatda bildirilir.
Bu vəsaitlər 5 milyard avroluq paketin birinci hissəsidir.Ümumilikdə, bu il Ukrayna Aİ-dən 4,2 milyard avro makromaliyyə yardımı alıb ki, bu da ölkənin iqtisadi cəbhəsinin möhkəmlənməsinə və ruslarla mübarizədə ayağa qalxmasına xeyli kömək edib.
Gülayə Mecid