Böyük Britaniyada üç gündən az müddətdə 15 minə yaxın insan hazırkı hökumət başçısı Liz Trassın siyasətindən narazı olduğu üçün keçmiş baş nazir Boris Consonun hakimiyyətə qayıtması naminə petisiya imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 18-də petisiyanı yaradan Britaniyanın "Conservative Post" informasiya resursu məlumat yayıb.
"15 minə yaxın imza topladıq!" - resurs "Twitter"də yazıb.
Mühafizəkarlar qeyd edib ki, oktyabrın 15-də "Borisi geri qaytarın" adlı petisiya yaradılıb və ilk saatda mindən çox imza toplayıb. İlk gün ərzində beş mindən çox insan petisiyanı imzalayıb.
Bir gün əvvəl Britaniya mediası Trassın istefasının qaçılmaz olduğunu bildirib.
Ağarza Elçinoğlu