Uqo Çaves öldü; Venesuela 7 gün yas saxlayacaq
10:41 06-03-2013
CƏMİYYƏT
Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib.
Bu barədə Venesuelanın vitse-prezidenti Nikolas Maduro bəyan edib.
Qeyd edək ki, martın 5-də ilk öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib.
Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar olunub. Əməliyyatdan sonra 2 ay o Qavana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə o qəfil Karakasdakı hərbi hospitala köçürülüb.
Venesuelada Uqo Çavesin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Siyasətçinin dəfn mərasimi martın 8-də keçiriləcək.
Venesuelanın Silahlı Qüvvələri artıq vitse-prezident Nikolas Maduroya hərbi and veriblər. Ölkənin qanunlarına əsasən, yaxın 30 gün ərzində yeni dövlət başçısının seçkiləri elan oluna bilər.
Venesuela hökuməti Uqo Çavesin xəstəliyini düşmənlərin törətdiyi təxribat adlandırıb. Hətta Uqo Çavesin özü də ABŞ-ın insanları xərçəng hüceyrələri ilə yoluxduran bir vasitə icad edə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Uqo Çavesin öldüyü gün N.Maduro ölkədən iki ABŞ diplomatının çıxarılmasına dair göstəriş verib. Səfirliyin hər iki əməkdaşı casusluqda ittiham olunaraq “persona non qrata” elan olunub.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50