Polşada polis pnevmatik tapança ilə dələni vuran 82 yaşlı pensiyaçını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə wiadomosci portalı məlumat yayıb.
Hadisə Julkevka kommunasında baş verib. Rayon polis şöbəsinə yaşlı yerli sakinin yaşadığı ərazidə gəmirici öldürməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə yarası olan ölü heyvan aşkarlayıblar.
Polis təqaüdçünün evinə baxış zamanı iki uzunlüləli pnevmatik silah və bir neçə yüz patron götürüb. Həmin şəxs müdafiə çıxışında deyib ki, dələ onun qoz-fındıqlarını oğurlayır və əmlaka ziyan vurur.
İndi hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz silah saxlama və heyvanın öldürülməsi faktlarını araşdırır. Təqaüdçü saxlanılıb, onu 3 ilə qədər həbs gözləyir.
Ramil Zeynallı