"Ukraynadakı münaqişələr Moldova sərhədlərinə doğru gedərsə, səfərbərlik elan oluna bilər".
"Unikal" xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatolie Nosatı "TVR Moldova" telekanalına müsahibəsində deyib.
Moldovada səfərbərliyin elan edilib-edilməyəcəyi sualını cavablandıran Nosatı, "Bu ssenarinin baş verməsi üçün Ukraynada cəbhədə ciddi dəyişikliklər baş verməlidir. Məsələn, münaqişələr bizim sərhədlərimizə doğru hərəkət edərsə, Ukraynadan ölkəmizə immiqrasiya dəyişərsə və ya biz miqrantların səfərbərliyini müşahidə etsək, bu baş verəcək. Təbii ki, belə olan halda reaksiya vermək üçün müəyyən tədbirlər görüləcək. Biz bunu almalıyıq", - deyib.
Qeyd edək ki, Moldova prezidenti Maria Sandu oktyabrın 17-də Rusiyanın Moldovanın suverenliyinə və təhlükəsizliyinə müdaxilə edəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini bəyan edib.
Gülayə Mecid