Ukrayna prezidenti Volodimir Zelenski Qazaxıstandakı səfir Petro Vrublevskini işdən çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.
"Petro Vrublevski Ukraynanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Avqust ayında sosial şəbəkələrdə Vrublevskinin Ukrayna rejiminin mümkün qədər çox rusu öldürməyə çalışdığını dediyi video yayılıb. Bundan sonra Ukrayna səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb və belə bəyanatların qəbuledilməzliyinə işarə edib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Vrublevski, üzr istəyib. Lakin o, ölkədən qovulmayıb, məzuniyyətə gedib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın əvvəlində qeyd edib ki, qazaxıstanlı həmkarları Vrublevskini mümkün qədər tez ölkədən çıxaracaqlarına söz veriblər, lakin bunu etməyiblər.
Nəticədə, bir sıra danışıqlardan sonra Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin oktyabrın 12-də Vrublevskinin postunu saxlamayacağını bəyan edib.
Gülayə Mecid