Texnologiya nəhəngi "Microsoft" dünya üzrə minə yaxın insanı işdən çıxardığını açıqlayıb.
"Unikal" "ABC News"a istinadən xəbər verir ki, ixtisarlar şirkətin dünya üzrə 221 000 işçisinin 1 faizinin yarısından azını təşkil edib.
Lakin "Business Insider"ə görə, işdən çıxarılmalar "Microsoft"un Xbox konsolunun oyun bölməsindən Strateji Missiyalar və Texnologiya təşkilatına qədər hər şeyə təsir edir.
"Bütün şirkətlər kimi, biz də mütəmadi olaraq biznes prioritetlərimizi qiymətləndiririk və buna uyğun olaraq struktur düzəlişləri edirik", - şirkətin açıqlamasında deyilir.
Gələn il investisiyaların davam etdiriləcəyi və artan sahələrdə işə qəbulun aparılacağı bildirilib.
Qeyd edək ki, "Microsoft"un səhmləri keçən il 30 faiz ucuzlaşıb.
Gülayə Mecid