Şimali Koreya Cənubi Koreye ilə sərhəddə yüzlərlə artilleriya mərmisi atıb.
"Unikal" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Cənubi Koreya Pxenyanın nüvə və raket təhdidlərinə cavab vermək qabiliyyətini artırmaq məqsədi ilə illik müdafiə təlimlərinə qarşılıq olaraq bu addım atılıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) Şimali Koreyanın çərşənbə axşamı axşam saatlarında şərq və qərb sahillərinə təxminən 250 mərmi atdığını və çərşənbə günü günortadan başlayaraq əlavə 100 mərmi atdığını bildirib.
Bildirilib ki, mərmilər cəbhə xəttində düşmənçilikləri azaltmaq məqsədi ilə 2018-ci ildə Koreyalararası razılaşma əsasında qurulan dəniz bufer zonalarına düşüb.
Şimali Koreya Xalq Ordusunun (KPA) sözçüsü çərşənbə günü bildirib ki, atəşlər Cənubi Koreyanın şərq sərhəd bölgəsində çərşənbə axşamı əvvəllər keçirdiyi artilleriya təliminə cavab olaraq ciddi xəbərdarlıq göndərmək üçün hazırlanıb.
Ağarza Elçinoğlu