Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Ukraynada mülki infrastruktura hücumlar təşkil etdiyini və bunun “terror aktı” olduğunu bildirib.
"Unikal" xəbər verir ki, von der Leyen 20-21 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində toplanan Avropa Parlamentinin Baş Assambleyasında Avropa İttifaqının (Aİ) Liderlər Zirvəsi ilə bağlı çıxış edib.
Çıxışının əvvəlində Rusiyanın Ukraynaya hücumlarına toxunan von der Leyen, Rusiyanın mülki infrastruktura, xüsusilə elektrik xətlərinə hədəfli hücumlar təşkil etdiyini bildirib.
Von der Leyen bunun müharibədə yeni bir səhifə olduğunu bildirib:
"Beynəlxalq nizam aydındır. Bunlar müharibə cinayətləridir. Qışda insanların su, işıq, istilik kimi obyektlərini kəsmək üçün mülki infrastrukturu hədəfə alaraq həyata keçirilən hücumlar sırf terror aktıdır. Bunu belə adlandırmaq lazımdır ".
Gülayə Mecid