Ölkədə rəqəmsal inkişafa xüsusi diqqət göstərən “Rabitəbank” ASC, banka getmədən girovsuz biznes kreditlərinin əldə edilməsi xidmətini əlçatan edib.
"Unikal" xəbər verir ki, atıq bizneslə məşğul olan sahibkar şəxslər və hüquqi şəxslər banka getmədən məsafədən Dövriyyə əsasında girovsuz “Dəstək” kreditini əldə edə biləcəklər.
İnternet Bankinq üzərindən həyata keçirilən proses çox sadə və hər bir incəliyi ilə nəzərə alınaraq hazırlanıb. Müştəri krediti sifariş etmədən öncə kreditin faizi, komissiyası, müddəti və ən son cəm ödənilən faizi ilə tanış ola biləcək.
Qeyd edək ki, 100 000 AZN-dək biznes kreditini 16%-dən başlayan faizlə əldə edə, 24 ay müddətində ödəmək mümkündür.
Müştərilər cəmi 1-3 gün ərzində öz dövriyyələrini artırmaq məqsədilə bankdan kredit əldə edə biləcəklər.
Belə ki, kredit üçün müraciət edən kiçik və orta sahibkarlar krediti sadəcə biznesin inkişafı üçün deyil, eyni zamanda mövcud biznes kreditlərini yenidən maliyyələşdirmək üçün istifadə edə bilər.
Məsafədən biznes kreditini əldə etmək üçün linkə daxil olun: https://rbt.az/mhesab
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.