"İsrailin Ukraynaya təhvil verdiyi istənilən silah İranın əlinə keçəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Benyamin Netanyahu deyib.
"Silah məsələsində bizim verdiyimiz silahların İranın əlinə keçməsi və bizə qarşı istifadə edilməsi ehtimalı həmişə var və təkrar-təkrar olub. İranın ikinci Livan cəbhəsi yaratmasının qarşısını almağa çalışdığımız Qolan təpələrində İsrail istehsalı silahlarla üz-üzəyik”, - Netanyahu bildirib.
Eks-baş nazir bildirir ki, İsrailin Ukrayna münaqişəsi ilə bağlı indiki siyasəti ehtiyatlıdır - İsrail qaçqınları qəbul edir, lakin Ukraynaya silah vermir.
Netanyahu qeyd edir ki, hazırkı münaqişənin əsas riski onun nüvə silahından istifadə ilə qlobal hərbi qarşıdurmaya keçməsidir.
Bundan əvvəl İsrailin keçmiş baş naziri Benyamin Netanyahu yeni xatirələrində ABŞ-ın keçmiş prezidenti Barak Obamanı tənqid edib.
Gülayə Mecid