Ukrayna Silahlı Qüvvələri Rusiyanın İlhaq etdiyi Xerson istiqamətində irəliləməyə başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müharibə müxbiri Yevgeni Poddubnı məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbçiləri Novaya Kamenka-Berislav istiqamətində hərəkət edir. Əməliyyaya iki batalyon və top artilleriyası, həmçinin pilotsuz uçuş aparatları (PUA) da cəlb olunub.
Eyni zamanda, Xerson sakinləri Rusiyanın çağırışı sonrası məskənlərini tərk etməyə başlayıblar.
Ağarza Elçinoğlu