İsrailin müdafiə naziri Benni Qantz və müxalifət lideri Benjamin Netanyahu ölkənin Ukraynaya silah yardımı ilə bağlı siyasətini dəyişmək istəmədiklərini bəyan ediblər.
"Unikal" "The Times Of Israel"-ə istinadən xəbər verir ki, Qantzın sözlərinə görə, İsrail heç vaxt Ukraynaya silah satmayıb, lakin humanitar yardım göstərməyə davam edəcək.
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk qeyd edib ki, Qants gözlənilmədən ukraynalı həmkarı Oleksiy Reznikovla söhbəti ləğv edib.
İsrail müxalifətinin lideri Netanyahu deyib ki, o, koalisiya hökumətinin Ukraynadakı müharibəyə "ehtiyatlı" yanaşmasını yüksək qiymətləndirir, İsrailin qaçqınları və digər humanitar təşəbbüsləri qəbul etdiyini vurğulayır.
Ağarza Elçinoğlu