Ukrayna hakimiyyəti Rusiya Federasiyası ilə danışıqlara dair istənilən təklifi rədd etməkdə davam edir.
Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya dövlət başçısı Təhlükəsizlik Şurası ilə görüşündə bildirib ki, Ukrayna hərbçiləri açıq şəkildə terror üsullarından, o cümlədən həyati əhəmiyyətli obyektlərdə təxribat və yerli hakimiyyət nümayəndələrinə qarşı sui-qəsd cəhdlərindən istifadə edir.
Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.
Ağarza Elçinoğlu