Rusiya İT cəbhəsini açmalıdır və Ukraynaya qarşı kiberhücumlar etməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib.
Deputat öz "Telegram" kanalında yazıb: "Biz sadəcə olaraq özümüzü davamlı kiberhücumlardan və kritik informasiya infrastrukturumuzu yıxmaq cəhdlərindən müdafiə edə bilmərik". Onun fikrincə, kibertəhlükəsizlik sahəsində Rusiya müdafiədən hücuma keçməlidir.
Ağarza Elçinoğlu