İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanla Ermənistan arasındakı münaqişədən danışarkən bildirib.
İran diplomatiyasının rəhbəri deyib ki, İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək və bu məqsədi təmin etmək üçün İran İslam Respublikası həmin bölgədə hərbi təlimlərə başlayıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində üçüncü gündür ki, kütləvi hərbi təlimlər keçirir.
Ağarza Elçinoğlu