Aİ Rusiya Federasiyasının hərbi əməliyyatlarına mümkün dəstək səbəbi ilə İrana qarşı sanksiyalar tətbiq edib .
"Unikal" xəbər verir ki, İranın pilotsuz təyyarələrinin hazırlanması və Rusiyaya tədarükündə iştirak edə biləcək şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib. İlkin məlumata görə, onların Aİ-dəki aktivləri dondurulacaq, Aİ ölkələrinə girişi qadağan ediləcək.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı İrandan olan üç generala və kamikadze pilotsuz təyyarələr istehsal edən “Şahed” şirkətinə qarşı sanksiyalar tətbiq etməyi düşünür .
Qeyd olunur ki, söhbət Rusiya üçün PUA-ların yaradılması proqramında iştirak edən yüksək rütbəli generallardan gedir.
Aİ-nin sanksiya siyahısına düşə bilən "Şahed Aviation Industries" təşkilatı pilotsuz uçuş aparatlarının dizaynı və tətbiqi ilə məşğuldur. Bloomberg-in mənbəsinin məlumatına görə, İranın pilotsuz təyyarələri Rusiyaya gəlib və Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə edilib .
Gültəkin Ələsgər