Bolqarıstan maliyyə çatışmazlığı səbəbindən “Eurovision 2023” mahnı müsabiqəsində iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının (BNT) idarə heyəti qərar verib.
BNT-nin idarə heyəti bildirib ki, yayımçının büdcəsi 2 milyon leva (bir milyon dollardan çox), xərcləri isə təxminən üç dəfə azalıb.
Bolqarıstan tərəfi onu da qeyd edib ki, “Eurovision” kimi şoular enerji böhranı fonunda özünü doğrultmur.
Oktyabrın 16-da məlum olub ki, bir sıra ölkələr Liverpulda keçiriləcək Eurovision 2023 Mahnı Müsabiqəsində iştirakdan imtina etmək qərarına gəliblər . Onların arasında: Monteneqro , Bosniya və Herseqovina , Şimali Makedoniya və Bolqarıstan. Bundan əlavə, Sloveniyadan olan iştirakçının qarşıdakı performansı şübhə altındadır .
Oktyabrın 7-də məlum olub ki, Eurovision 2023 Liverpulda, M&S Bank Arenada keçiriləcək . Birinci yarımfinal 2023-cü il mayın 9-da, ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də baş tutacaq.
Gültəkin Ələsgər