Almaniya prezidenti Frank-Valter Ştaynmayer cümə axşamı Kiyevə planlaşdırılan səfərini ləğv edib.
"Unikal" xəbər verir ki, Ukrayna paytaxtına səfər bir neçə həftə ərzində razılaşdırılıb.
Məlum olduğu kimi, Prezident Aparatı imtinanı “təhlükəsizlik mülahizələri” ilə əsaslandırıb. Qeyd olunur ki, Almaniyanın Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik qurumları prezidentə Kiyevə getməməyi tövsiyə ediblər.
Gültəkin Ələsgər