Məhəmməd Əmin Rəsulzadənin vəfatından 58 il ötdü
11:03 06-03-2013
CƏMİYYƏT
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Unikal.org-un məlumatına görə, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.
Digər Xəbərlər
2025-01-01 00:58:00
2025-01-01 00:14:13
2024-12-31 21:12:54
2024-12-31 17:46:34
2024-12-31 17:29:20
2024-12-31 16:41:35
2024-12-31 16:08:13
2024-12-31 15:05:16
2024-12-31 14:08:25
2024-12-31 13:53:55
2024-12-31 12:47:07
2024-12-31 12:36:37
2024-12-31 12:20:00
2024-12-31 12:07:06
2024-12-31 11:51:00
2024-12-31 11:23:44
2024-12-31 00:50:47
2024-12-31 00:44:57