Türkiyə milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.