Kanada insan haqlarının pozulması, təbliğat və regional təhlükəsizliyin sabitliyinin pozulması ilə məşğul olan İran rəsmilərinə və qurumlarına qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Yeni sanksiya siyahısına altı fiziki və dörd hüquqi şəxs daxildir. Onlar iranlı qadınlarda daxil olmaqla insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak ediblər, həmçinin İran rejimi tərəfindən özlərinə qarşı təzyiq və təqiblərə haqq qazandırmaq üçün təbliğat yayıblar", - mesajlarda deyilir.
Gülayə Mecid