Antalyanın Alanya rayonunda dəhşətli hadisə baş verib. Evli və bir övladı olan K.A. hotel otağında ölü tapılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hotel işçiləri Alanya Ədliyyəsinə rəhbərlik edən dövlət prokuror K.A.-nın uzun müddət qaldığı otaqdan çıxmadığı üçün şübhələniblər.
Otağa daxil olan işçilər K.A.-nın yerdə uzandığını görüblər. Xəbərdən sonra hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib.
Həkimlər prokurorun öldüyünü müəyyən ediblər. Evli və bir uşaq atası olduğu öyrənilən K.A.-nın cansız bədəni prokurorluq və polisin araşdırmasından sonra bələdiyyə morquna aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gülayə Mecid