ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin mümkün qələbəsi Ukraynanı maliyyələşdirən "kranı" bağlaya bilər.
"Unikal" xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Şimali Dakota ştatının nümayəndəsi Kelli Armstronqun sözlərinə görə, insanların ərzaq qiymətlərinin 13 faiz artdığını, amerikalıların sərhəd bölgəsində yaşadığı, miqrantlar və onların ətrafında olan fentanil, enerji və kommunal xidmətlərin qiymətlərinin iki dəfə artdığını gördükləri bir şəraitdə Ukraynadakı vəziyyət onların düşündükləri son şeydir.
O, əlavə edib ki, Vaşinqtonun Kiyevin maliyyələşdirilməsinə münasibətinin dəyişməsi amerikalı seçicilərin rəyinin dəyişməsi hesabına baş verəcək.
Texas nümayəndəsi Maykl Makkal hesab edir ki, respublikaçılar Ukraynanın maliyyələşdirilməsində daha çox hesabatlılıq və nəzarət görmək istəyirlər.
Ağarza Elçinoğlu