Əlcəzairin Müdafiə Nazirliyi Aralıq dənizində Rusiya ilə 4 günlük birgə hərbi təlimin başladığını açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, "Rusiya donanmasına aid bir qrup döyüş gəmisi 2022-ci il ortaq dəniz təlimini keçirmək üçün Əlcəzair limanına yanaşdı", - qeyd olunub.
Təlimin Əlcəzair Milli Xalq Ordusu Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyi vurğulanaraq, birgə hərbi dəniz təliminin 4 gün davam edəcəyi bildirilib.
Bəyanatda təlimlə bağlı əlavə təfərrüatlar verilməyib.
Gülayə Mecid