Rusiya ordusu Ukraynada 428 uşağı öldürüb, 817 nəfəri yaralayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"20 oktyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1245-dən çox uşaq xəsarət alıb. 428 uşaq ölüb, 817-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - məlumatda deyilir.
Gülayə Mecid