ATƏT Ermənistan Respublikası hökumətinin dəvətindən sonra, oktyabrın 21-27-də ölkəyə ehtiyacların qiymətləndirilməsi üçün qrup göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında qeyd olunub.
Səfərin məqsədi ATƏT-in mandatı və onun hərtərəfli təhlükəsizlik konsepsiyası çərçivəsində ekspertizası əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək və yerli maraqlı tərəflərlə, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.
Ağarza Elçinoğlu