KTMT-yə üzvlüyünü “donduran” Ermənistan öz təhlükəsizliyini, o cümlədən kollektiv formatda təmin etmək imkanlarına ayıq-sayıq baxmalıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Diplomat əlavə edib ki, İrəvanın KTMT-yə töhfələri ödəməməsi vəziyyəti 2025-ci il dekabrın 31-dən sonra müzakirə oluna bilər, lakin müzakirənin hansı istiqamətdə aparılacağı sual altında qalır: "Hamı başa düşür ki, KTMT-yə üzvlüyünü dondurmuş Ermənistan qərarların qəbulunda iştirak etmir, lakin ona müdaxilə də etmir. Lakin o, yəqin ki, öz təhlükəsizliyini, o cümlədən KTMT-nin kollektiv formatında təmin etmək imkanları barədə ayıq-sayıq düşünməlidir. Qərar istənilən halda Ermənistanın hakimiyyətindən asılı olacaq".

Ağarza Elçinoğlu