Putin Ukraynada və Avropada öz məqsədlərinə nail ola bilməyəcək, Qərb Ukraynaya dəstək, o cümlədən hərbi dəstək verəcək.
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, Putinin Ukraynadakı vəhşiliyi, enerjidən və aclıqdan silah kimi istifadə etməsi, inflyasiyanın inanılmaz sıçrayışı - bütün bunlar Avropa və dünya üçün on il ərzində görünməyən sınaq olub.
"Putin Ukraynada terrora əl atır, məsuliyyətsiz nüvə ritorikasından istifadə edir. Qərbin zəif tərəfləri üzərində oynamağa, dünyanı parçalamağa çalışır. O səhv edir, parçalanmağımıza imkan verməyəcəyik... Ölkəmiz bir yerdədir, Avropa bir yerdədir, bir-biri ilə və Ukrayna ilə həmrəydir, bütün dünyada ittifaqlarımız güclüdür. Putin öz məqsədlərinə çatmayacaq”, - Şolts vurğulayıb.
Gülayə Mecid