Türkiyənin Denizli şəhərində ticarət mərkəzlərinin birində bədbəxt hadisə yaşanıb.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, 46 yaşlı Yeliz Yeder Can naməlum səbəbdən müvazinəti itirərək ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb.
Ətrafdakı insanlar təcili yardım çağırıblar. Tibb işçilərinin səylərinə baxmayaraq, Y.Y.Canın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başladılıb.
Seymur Əli